“Qaçqınların və məcburi köçkünlərin (ölkə
daxilində köçürülmüş
şəxslərin) statusu
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
“Qaçqınların
və məcburi köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Qaçqınların və
məcburi köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində “Qaçqınların və məcburi
köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
1.4.
“Qaçqınların və məcburi köçkünlərin
(ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında” Azərbaycan
Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş sənədlərin nümunəsinə, təsvirinə
və spesifikasiyasına dair təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2. Müəyyən
edilsin ki, “Qaçqınların və məcburi
köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 21
aprel.- S. 1.