Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqındaAzərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 166-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

“Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 166-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 985-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1. qüvvədə olan qanunvericilik aktlarının “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 166-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3. öz səlahiyyətləri daxilində “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 166-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2010-cu il.

 

Azərbaycan.- 2010.- 21 aprel.- S.  1.