“Rəsmi statistika
haqqında” Azərbaycan
Respublikasının Qanununa
əlavələr edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarına
əlavələr və
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Rəsmi statistika
haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq qərara alıram:
1. “Statistika haqqında”
Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 2 fevral tarixli 360 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹2, maddə 77) 2.1-ci bəndində
“11-ci maddəsinin üçüncü hissəsinin 2-ci
cümləsində və” sözlərindən sonra “yeddinci
hissəsində,” sözləri əlavə edilsin.
2. Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹6, maddə 427) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi
haqqında Əsasnamə”yə aşağıdakı əlavələr
və dəyişikliklər edilsin:
2.1. 8.7-ci bənddə “əldə
edilməsini” sözlərindən sonra “, habelə dövlət
(region) müşahidələrinin aparılması
üçün Azərbaycan Respublikasının ərazisində
yerləşən bütün hüquqi şəxslər
(onların nümayəndəlik və filialları) və
fiziki şəxslər tərəfindən lazım olan məlumatların
elektron sənəd formasında dövlət statistika
orqanlarına təqdim edilməsini” sözləri əlavə
edilsin;
2.2. 8.17-ci və 9.5-ci bəndlərdə
“hüquqi” sözü ismin müvafiq hallarında “hüquqi
şəxslər (onların nümayəndəlik və
filialları)” sözləri ilə əvəz edilsin;
2.3. 9.2-ci bənddə
“təşkilati-hüquqi formasından asılı olmayaraq,
hüquqi şəxslərdən” sözlərindən sonra
“(onların nümayəndəlik və filiallarından)”
sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 15
aprel.- S. 4.