“Azərbaycan Respublikasında
dövlət daktiloskopik
qeydiyyatı haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 15
iyul tarixli 374 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Azərbaycan
Respublikasında dövlət daktiloskopik qeydiyyatı
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2009-cu il 27 oktyabr tarixli 900-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 21 dekabr tarixli 193 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan
Respublikasında dövlət daktiloskopik qeydiyyatı
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15
iyul tarixli 374 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 7, maddə
514; 2002-ci il, ¹ 8, maddə 478) aşağıdakı dəyişikliklər
edilsin:
1. 1-ci bəndin
dördüncü abzası çıxarılsın və
beşinci abzas dördüncü abzas hesab edilsin;
2. 2-ci bənd
aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən
edilsin ki:
2.1. “Azərbaycan
Respublikasında dövlət daktiloskopik qeydiyyatı
haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin
birinci hissəsində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini
aşağıdakı dövlət orqanları həyata
keçirirlər:
2.1.1. həmin Qanunun 8-ci
maddəsinin birinci hissəsinin 1-5-ci bəndlərində və
ikinci hissəsində nəzərdə tutulan hallarda - Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi;
2.1.2. həmin Qanunun 8-ci
maddəsinin birinci hissəsinin 6-cı və 9-cu bəndlərində
nəzərdə tutulan hallarda - Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti;
2.1.3. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 7-ci bəndində
nəzərdə tutulan
hallarda:
2.1.3.1. cinayət törətməkdə
şübhəli bilinən,
təqsirləndirilən şəxslərə
münasibətdə - təhqiqat
orqanları, ibtidai istintaq orqanları və ya həmin
orqanların tapşırığı
ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
2.1.3.2. məhkum olunmuş şəxslərə münasibətdə
- Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi;
2.1.3.3. inzibati qaydada həbs edilmiş şəxslərə münasibətdə
- Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi;
2.1.4. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 8-ci bəndində
nəzərdə tutulan
hallarda - öz səlahiyyətləri daxilində
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi və Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti;
2.2. həmin
Qanunun 1-ci maddəsinin
1-ci bəndində, 10-cu maddəsinin
ikinci hissəsində
(birinci halda) və üçüncü
hissəsinin 3-cü bəndində,
11-ci maddəsinin ikinci
və üçüncü
hissələrində, 12-ci maddəsinin birinci abzasında və 17-ci maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş “müvafiq
icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini
bu Fərmanın
2.1-ci bəndində göstərilən
dövlət orqanları
öz səlahiyyətləri
daxilində həyata keçirirlər;
2.3. həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin
ikinci hissəsində
(ikinci halda), 13-cü maddəsinin ikinci hissəsində, 14-cü maddəsinin
birinci hissəsində
(hər üç halda) və ikinci hissəsində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi
həyata keçirir.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 15 aprel.- S.
4.