“Əməliyyat-axtarış tədbirlərinin
həyata keçirilməsində
əməliyyat-axtarış subyektlərinin səlahiyyət
bölgüsü haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyun tarixli 507 nömrəli Fərmanına
dəyişikliklər və
əlavə edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış
subyektlərinin səlahiyyət bölgüsü haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507
nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹6, maddə
405; 2002-ci il, ¹8, maddə 478; 2003-cü il, ¹10, maddə 585;
2004-cü il, ¹1, maddə 19; 2005-ci il, ¹4, maddə 299;
2006-cı il, ¹2, maddə 92) aşağıdakı dəyişikliklər
və əlavə edilsin:
1. I bəndin birinci və
yeddinci abzaslarında “Ali Dövlət Hakimiyyəti və
İdarəetmə Orqanlarını Baş Mühafizə
İdarəsi” sözləri “Xüsusi Dövlət Mühafizə
Xidməti” sözləri ilə əvəz edilsin.
2. I bəndin 5-7-ci
abzasları 6-8-ci abzaslar hesab edilsin və həmin bəndə
aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin:
“iqtisadi sahədə
mütəşəkkil cinayətkarlığa qarşı
mübarizə ilə əlaqədar öz səlahiyyətləri
çərçivəsində binaların, o cümlədən
yaşayış binalarının, habelə digər
qapalı tikililərin, qurğuların, torpaq sahələrinin,
nəqliyyat vasitələrinin və digər obyektlərin
müşahidəsini Azərbaycan Respublikasının Vergilər
Nazirliyi həyata keçirir;”.
3. II bənddə “və
daxili işlər” sözləri “, daxili işlər və
vergilər” sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 15
aprel.- S. 4.