Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa Komissiyası arasında müxtəlif istiqamətlərdə, xüsusilə energetika sahəsində səmərəli əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirdi. Ölkəmizin Avropa İttifaqı ilə yaxşı əməkdaşlıq təcrübəsinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bu qurumla energetika sahəsində uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaq üçün görüləcək işləri müzakirə etməyin vacibliyini qeyd etdi. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunan dövlətimizin başçısı Azərbaycanın enerji resursları, infrastrukturu istehsal səviyyəsi nəzərə alınmaqla bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettinger təmsil etdiyi qurumun Azərbaycan ilə təkcə energetika sahəsində deyil, bütün sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirdi energetika sahəsində sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğuladı.

Görüşdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlığın perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  16 aprel.- S.  1.