“Gömrük orqanlarında
xidmət haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının
daxili işlər orqanlarinda xidmət keçmə haqqında Əsasnamə”də, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”də, “Ədliyyə orqanlarında
qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda
və “Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının 1999-cu il
7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000-ci il, ¹ 1, maddə
12; 2001-ci il, ¹ 12, maddələr
731,736; 2004-cü il, ¹ 2, maddə
57; 2005-ci il, ¹ 4, maddə
274, ¹ 7, maddə 590; 2006-cı il, ¹ 11, maddə 926; 2007-ci
il, ¹ 1, maddə 1, ¹ 8,
maddə 756, ¹ 11, maddə
1078; 2008-ci il, ¹ 3, maddə
155, ¹ 8, maddələr 694, 696; 2009-cu il, ¹ 6, maddələr 399,
406) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin
55-ci maddəsi çıxarılsın.
II. Azərbaycan
Respublikasının 2001-ci il
29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 7, maddə
453, ¹ 12, maddə 731; 2004-cü il, ¹ 10, maddə 760; 2005-ci
il, ¹ 4, maddə 280, ¹
10, maddələr 871, 872; 2006-cı il, ¹ 10, maddə 846, ¹ 11, maddə 927; 2007-ci il, ¹ 8, maddə 756, ¹ 11, maddələr
1073, 1081; 2008-ci il, ¹ 3, maddə
155, ¹ 10, maddə 882; 2009-cu il, ¹ 2, maddə 48, ¹ 6, maddə 399) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 35-ci maddəsi
çıxarılsın.
III. Azərbaycan
Respublikasının 2004-cü il 8 iyun tarixli
682-IIQ nömrəli Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 7, maddə
514; 2006-cı il, ¹ 3, maddə
221, ¹ 11, maddə 927; 2007-ci il, ¹ 8, maddə 756; 2008-ci il, ¹ 2 maddə 48, ¹ 3, maddə 155, ¹ 8, maddələr
694, 710) ilə təsdiq
edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin
48-ci maddəsi çıxarılsın.
IV. “Ədliyyə
orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹
7, maddə 586; 2007-ci il,
¹ 1, maddə 1, ¹ 8, maddə
756, ¹ 11, maddələr 1078, 1081; 2008-ci il, ¹ 3, maddə 155, ¹ 6, maddə 481, ¹ 8, maddələr
694, 710; 2009-cu il, ¹ 6, maddə 399) 14.5-ci maddəsi
çıxarılsın.
V. Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin
41-ci maddəsi çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 mart 2010-cu il.
Azərbaycan.- 2010.-
16aprel.- S. 1.