Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

 

I. Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Qorğan, Bilici Qorğan İzmara kəndləri Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılsın Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

2. Zeyvə Kilvar kəndləri Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Zeyvə kəndi olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılsın Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

3. Uzunboyad Məliklər kəndləri Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Uzunboyad kəndi olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılsın Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

4. Şahnəzərli kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şahnəzərli kənd inzibati ərazi dairəsi yaradılsın Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

5. Taxtalar, Dağ Bilici Mumlu kəndləri Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılsın Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

6. Çaraq, Güləh, Hacıiskəndərli, Kyünçal, Təkyə Uqah kəndləri Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılsın Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2010-cu il.

 

Azərbaycan.- 2010.-  16 mart.- S.  1.