“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili
xidmət nizamnaməsi”ndə və Azərbaycan Respublikasının
Meşə Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il,
¹22, maddə 364; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il,
¹5, maddə 312, ¹6, maddə
415; 2007-ci il, ¹8, maddə
754; 2008-ci il, ¹8, maddə
709) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili
xidmət nizamnaməsi”nin
173-cü maddəsinin birinci
hissəsində “yanğından
mühafizə orqanlarının”
sözləri “müvafiq
icra hakimiyyəti orqanının” sözləri
ilə əvəz edilsin.
II. Azərbaycan
Respublikasının Meşə
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹3, maddə 139; 1999-cu il, ¹8, maddə 476; 2004-cü il,
¹11, maddə 902; 2007-ci il,
¹5, maddə 436; 2008-ci il,
¹5, maddə 348) aşağıdakı
dəyişikliklər edilsin:
1. 20-ci maddənin
ikinci hissəsinin altıncı abzasında
“qaydalarına” sözü
“sahəsində normaların,
standartların və qaydaların tələblərinə”
sözləri ilə əvəz edilsin;
2. 61-ci maddənin
birinci hissəsində
“tələblərinə və
qaydalarına” sözləri
və ikinci hissəsində “tələblərinin
və qaydalarının”
sözləri müvafiq
olaraq “sahəsində
normaların, standartların
və qaydaların tələblərinə” və
“sahəsində normaların,
standartların və qaydaların tələblərinin”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 mart 2010-cu
Azərbaycan.- 2010.- 16 mart.- S.
1.