“Azərbaycan Respublikasının Dəvəçi
rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
“Azərbaycan
Respublikasının Dəvəçi rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, üç ay müddətində:
qüvvədə olan
qanunvericilik aktlarının “Azərbaycan Respublikasının
Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
öz səlahiyyətləri
daxilində “Azərbaycan Respublikasının Dəvəçi
rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 16
aprel.- S. 1.