Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsində Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsində Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 970-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmişAzərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin 173-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2010-cu il.

 

Azərbaycan.- 2010.-  16 aprel.- S.  1.