“Azərbaycan
Respublikasının İqtisadi
İnkişaf Nazirliyi
yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət
Xidmətinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanının icrası
ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavə və dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi
yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25
dekabr tarixli 203 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları”nın 14.5.1-ci bəndinin səkkizinci abzasında
“balıq və digər dəniz” sözləri “yeyinti”
sözü ilə əvəz edilsin.
2. “Yeyinti məhsulları
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr
tarixli 969 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə
574; 2005-ci il, ¹ 7, maddə 592; 2008-ci il, ¹ 8, maddə 719; 2009-cu
il, ¹ 4, maddə 226, ¹ 7, maddə 528) 1-ci bəndinin ikinci
abzasında “balıq və digər dəniz” sözləri
“yeyinti” sözü ilə əvəz edilsin.
3. “Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il
28 dekabr tarixli 504 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə
1051; 2008-ci il, ¹ 4, maddə 255, ¹ 11, maddə 970, ¹ 12, maddə
1065; 2009-cu il, ¹ 10, maddə 775, ¹ 12, maddələr 983, 991; Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 216 nömrəli
Fərmanı) aşağıdakı əlavə və dəyişikliklər
edilsin:
3.1. 9-cu bənddə “Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi
yanında Antiinhisar Dövlət Xidmətinin işçilərinin
say həddi 52 ştat vahidi, Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak
Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin
işçilərinin say həddi 135” sözləri “Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi
yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti işçilərinin say həddi 172”
sözləri ilə əvəz edilsin;
3.2. həmin Fərmanla
təsdiq edilmiş Əlavə I - “Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin Strukturu”nun:
3.2.1. 2.2-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
“2.2. Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti;”;
3.2.2. 2.3-cü bəndi
çıxarılsın;
3.3. həmin Fərmanla
təsdiq edilmiş Əlavə II - “Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi
haqqında Əsasnamə”nin:
3.3.1. 3.1.86-cı bəndində
“tabeliyində olan Antiinhisar Dövlət Xidməti” sözləri
“Nazirliyin yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti” sözləri ilə əvəz
edilsin;
3.3.2. 3.1.87-ci bəndində “tabeliyində olan İstehlak Bazarı üzrə Dövlət Xidməti” sözləri “Nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;
3.3.3. 5.1-ci bəndində “tabeliyində olan Antiinhisar Dövlət Xidməti, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti” sözləri “yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət
Xidməti” sözləri
ilə əvəz edilsin;
3.3.4.
3.1.89-cu bənddə mötərizədə
verilmiş “və ya nəzdində” sözləri çıxarılsın;
3.3.5. 3.1.90-cı, 4.4-cü, 5.2-ci, 5.8.2-ci, 5.8.3-cü, 5.8.4-cü və 5.8.7-ci bəndlərində “tabeliyində” sözündən sonra “(yanında)” sözü əlavə edilsin.
4. “Azərbaycan
Respublikası İqtisadi
İnkişaf Nazirliyinin
fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
28 dekabr tarixli 504 nömrəli Fərmanından
irəli gələn məsələlər barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 5
mart tarixli 717 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 3, maddə 167) 3-cü bəndində
“İstehlak Bazarına
Nəzarət üzrə
Dövlət Xidməti
tabeliyində olan qurumları” sözləri
“Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin
tabeliyindəki hüquqi
şəxs olan qurumları” sözləri
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 aprel 2010-cu il.
Azərbaycan.- 2010.-21
aprel.- S. 2.