“Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi
üzrə müsabiqənin
keçirilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
“Xüsusi iqtisadi zonalar
haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə
uyğun olaraq qərara alıram:
“Xüsusi iqtisadi
zonanın operatorunun seçilməsi üzrə müsabiqənin
keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 21 aprel.- S. 2.