Çin Azərbaycanla əlaqələrə böyük önəm verir

 

Ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının Çin-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Ley Minqçiunun başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Siyavuş Novruzov ölkələrimiz arasındakı münasibətlərin qədim tarixə malik olduğunu qeyd etdi. Bildirdi ki, Çin Azərbaycanın müstəqilliyini tanıyan onunla diplomatik əlaqələr yaradan ilk ölkələrdəndir. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə səfərindən sonra əlaqələrimizdə yeni mərhələ başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci idə Çinə səfəri zamanı imzalanmış mühüm sənədlər isə ikitərəfli münasibətlərin inkişafına təkan vermişdir. Qarşılıqlı əlaqələrin inkişafında parlamentlərin böyük rolu vardır.

İşçi qrupunun üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva ölkələrimiz arasında elm, təhsil humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini, elmi potensialın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirdi.

Görüşdə qonaqlara Azərbaycanın iqtisadi inkişafı, regional layihələrdəki iştirakı, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verildi.

Göstərilən qonaqpərvərliyə ətraflı məlumata görə minnətdarlıq edən Çin parlament nümayəndə heyətinin başçısı Ley Minqçiu dedi ki, Çində Azərbaycanda regionda gedən proseslərə böyük maraq var. Çin qədim İpək Yolunun üstündə yerləşən Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Qonaq Çində həyata keçirilən islahatlar, qanunvericilik bazası barədə ətraflı danışdı.

Görüşdə Azərbaycan-Çin münasibətlərinin inkişaf perspektivləri, deputatlarımızın beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlərdə birgə əməkdaşlığının əhəmiyyəti, regional münaqişələr digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

* * *

 

Ümumçin Xalq Nümayəndələri Yığıncağının Çin-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri dünən Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdülər. Komitə sədrinin müavini Gültəkin Hacıbəyli Milli Məclisin fəaliyyəti, beynəlxalq əlaqələri, qanunvericilik işləri barədə qonaqlara ətraflı məlumat verdi, Azərbaycan parlamentinin bütün ölkələrin parlamentləri, eləcə beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirdi. Dedi ki, Azərbaycan bu gün inkişaf sürətinə görə regionda lider dövlətdir. Amma Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə törədir. Respublikamız bu münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Azərbaycan Prezidentinin bildirdiyi kimi, ölkəmiz öz torpaqlarını heç vaxt güzəştə getməyəcəkdir.

Nümayəndə heyətinin başçısı, Çin-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Ley Minqçiu dedi ki, onun ölkəsi Azərbaycanda həyata keçirilən islahatları, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirir. Çin güclü inkişaf edən, regionun lider dövləti olan Azərbaycanla əməkdaşlığa, əlaqələrin hərtərəfli inkişafına böyük önəm verir.

Qonaq onu da qeyd etdi ki, Çin Azərbaycan torpaqlarının işğalını pisləyir. Rəsmi Pekin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.

 

 

Azərbaycan.- 2010.-  16 aprel.- S.  2.