Azərbaycan Avropa İttifaqının enerji
təminatında mühüm
rol oynayır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 15-də ölkəmizdə səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettinger ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, həmçinin regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılmışdır.
Nazir E.Məmmədyarov Azərbaycanın enerji layihələrinin dünya bazarlarını əlavə enerji ehtiyatları ilə təchiz etməyə yönəldiyini və enerjidaşıyıcılarının çatdırılmasında şaxələndirməyə üstünlük verdiyini vurğulamışdır.
G.Oettinger Azərbaycanın Aİ-nin enerji təminatında mühüm rol oynadığını bildirmiş və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini söyləmişdir.
Həmçinin, görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 16
aprel.- S. 6.