Avropa İttifaqı
ilə Azərbaycan arasında münasibətlər
yüksək səviyyədədir
Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 15-də Azərbaycanda səfərdə olan Avropa Parlamentində Finlandiyanın deputatı xanım Anneli Jaateemaki ilə görüşmüşdür.
Azərbaycanda ilk dəfə olduğunu vurğulayan A.Jaateemaki səfər çərçivəsində Bakıda keçiriləcək "Azərbaycanda 2010-cu il parlament seçkiləri: Daha demokratik, daha şəffaf" adlı konfransda iştirak edəcəyini demişdir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən finlandiyalı qonaq bu münasibətlərin intensivləşdirilməsində "Şərq tərəfdaşlığı" proqramının səmərəliliyi ilə maraqlanmışdır.
Nazir E.Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin vəziyyətini yüksək qiymətləndirmiş, "Şərq tərəfdaşlığı" proqramının əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını vurğulamış, bu proqramı ölkəmizin Avropa strukturlarına inteqrasiyasında vacib amil kimi dəyərləndirmişdir.
Sonra tərəflər regionda baş verən digər hadisələr və bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
AzərTAc
Azərbaycan.- 2010.- 16
aprel.- S. 6.