Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində "Molla Nəsrəddin-104" guşəsi yaradılmışdır

 

"Molla Nəsrəddin" jurnalının nəşrə başlamasının 104-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində xüsusi guşə yaradılmışdır.

Guşədə C.Məmmədquluzadənin ailə üzvlərinin, qələm dostlarının, seminariya yoldaşlarının, mollanəsrəddinçi şairlərin, naxçıvanlı müasirlərinin fotoları müxtəlif sənədlər nümayiş etdirilir. Akademik İsa Həbibbəylinin ilk dəfə aşkara çıxararaq çap etdirdiyi "Ər", "Lənət", "Oyunbazlar" pyeslərinin əlyazmalarının surətləri guşədə yer almışdır.

Guşə bir həftə nümayiş etdiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  21aprel.- S.  7.