"Arşın mal alan" Malayziya radiosunda

 

Ölkəmizin Malayziyadakı səfirliyindən bildirmişlər ki, burada Azərbaycanın tarix mədəniyyətinin təbliğ edilməsi istiqamətində daha bir addım atılmışdır.

Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin Malayziya Dövlət Radio Televiziyası (RTM) ilə apardığı danışıqlar nəticəsində aprelin 16-da Malayziya Dövlət Radiosunun Çin dilli "AİFm" radio kanalının ən çox dinlənən axşam verilişində 1959-cu ildə Üzeyir Hacıbəylinin Pekin şəhərində Çin dilində səhnələşdirilmiş "Arşın mal alan" musiqili komediyasından parçalar yayımlanmışdır.

Veriliş zamanı Azərbaycanda, eləcə Şərqdə musiqili komediya janrının yaradıcısı Ü.Hacıbəylinin həyat yaradıcılığından bəhs edilmiş, onun ən məşhur musiqili komediya əsəri olan "Arşın mal alan" haqqında dinləyicilərə geniş məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 aprel.- S.  8.