AŞ PA sədri ADU-nun fəxri doktoru adına layiq görülmüşdür

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu ölkəmizə rəsmi səfəri çərçivəsində aprelin 15-də Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşmüşdür.

Universitetin rektoru, Milli MəclisinPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirmişdir ki, Azərbaycana dost qardaş ölkənin nümayəndəsinin belə bir mötəbər quruma rəhbərlik etməsi bütün türk dünyası üçün önəmli hadisədir. Sonra S.Seyidov ADU-nun fəxri doktoru diplomunu AŞ PA sədrinə təqdim etmişdir.

Tədbirdə çıxış edən M.Çavuşoğlu Avropa Şurasının tarixində ilk dəfə olaraq Türkiyə vətəndaşınınPA-ya sədrlik etməsinin önəmini vurğulamışdır.

Azərbaycanınüçün vacib ölkə olduğunu qeyd edən qonaq ölkəmizin təşkilata daxil olduğu müddət ərzində Avropa standartlarına uyğunlaşmaq istiqamətində vacib islahatlar həyata keçirdiyini nəzərə çatdırmışdır. M.Çavuşoğlu səfər müddətində keçirdiyi görüşlərdən sonra Azərbaycan hökumətinin təşkilat qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdə qətiyyətli olduğuna bir daha əmin olduğunu bildirmişdir.

Qonaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemin həlli istiqamətində üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulamışdır.

Sonda M.Çavuşoğlu tələbələrin suallarını cavablandırmışdır.

 

 

Azərbaycan.- 2010.- 6 aprel.- S.  6.