Qərib Mehdi BMT-dən orden aldı
Uzaq eldən Gəncəyə
xoş xəbər gəldi. Tanınmış yazıçı,
əməkdar jurnalist
Qərib Mehdi "Ədəbiyyat qarşısındakı
böyük xidmətlərinə
görə" Birləşmiş
Millətlər Təşkilatının
Beynəlxalq Mükafat
Komitəsi tərəfindən
"Şərəf və
Vicdan" ordeninə layiq görülüb.
Ötən əsrin
60-cı illərinin əvvəllərində
ədəbiyyata "İşıq"
və "Qərib
hey!.." adlı hekayələri ilə gələn Qərib Mehdi bu gün
33 kitabın müəllifidir.
Onun əsərləri 18 xarici
dilə tərcümə
olunaraq dünyanın
əllidən çox
ölkəsinə yayılıb.
Əsasən lirik, epik və
dramatik janrlara, habelə bədii publisistikaya üstünlük
verir. Qərib Mehdinin "Rast", "Təmiz hava", "Çinar günü",
"Müsabiqə", "Qəhqəhə", "Kentavr-lətifələr",
"Oxşarlar", "Skripka
üçün mi simi"
adlı roman, povest və hekayələri oxucuların dərin rəğbətini qazanıb.
İncə yumorun, satirik gülüşün sarkazm
dərəcəsinə qaldırıldığı
hekayə və pamfletlər, müasirlərinin
ciddi problemlərini müxtəlif aspektlərdən
işıqlandıran bədii-publisistik
əsərlər, ədəbi-tənqidi,
lirik-fəlsəfi düşüncələrin
orijinal ifadəsi olan müxtəlif janrlı yazılar oxucuların geniş marağına səbəb
olur.
Orijinal ədəbi portret yaradıcılığı, Vətən
və torpaq sevgisi, insanın mənəviyyatının ən
dərin qatlarının
araşdırılması, nadanlığın, nankorluğun
ifşası, saflığın,
sədaqətin tərənnümü
Qərib Mehdinin əsərlərinin ana xəttini təşkil edir.
Ə.İSAYEV
Azərbaycan.- 2010.- 16
aprel.- S. 7.