Çin Xalq Respublikasının sədri
zati-aliləri cənab
Hu Szintaoya
Hörmətli cənab Sədr!
Sinxay əyalətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 15 aprel.- S. 4.