Kitab təqdimatı

 

Kitab klubunun sərgi salonunda tarix elmləri doktoru BDU-nun professoru Bayram Allahverdiyevin "Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti" kitabının təqdimatı keçirildi.

Monoqrafiya Bakı Dövlət Universiteti nəşriyyatının yaranması, formalaşması inkişaf mərhələlərini əhatə edir. Kitabda ilk dəfə olaraq nəşriyyatın yaradılması onun fəaliyyəti inkişafında universitet rektorlarının, nəşriyyat direktorlarının rolu, baş redaktorların fəaliyyəti faktlar əsasında şərh edilir.

Təqdimat mərasimində BDU-nun professorlarından Abuzər Xələfov, Qara Namazov, jurnalist Flora Xəlilzadə, filologiya elmləri doktoru İsmayıl Vəliyev, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov başqaları çıxış edərək müəllifin monoqrafiyada ilk dəfə təqdim etdiyi məsələlərdən söz açdılar.

Bildirildi ki, ayrı-ayrı nəşriyyatlar haqqında belə kitabların çap edilməsi vacibdir.

 

 

Azərbaycan.- 2010.-  15 aprel.- S. 8.