Diplomatik Akademiyanın xarici siyasət proqramının iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar

 

Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramının iştirakçıları aprelin 20-də Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara fondun tarixi fəaliyyəti barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi təbliği olan fond yarandığı gündən səhiyyə, təhsil, mədəniyyət digər sahələrdə bir sıra layihələr həyata keçirmişdir.

Fond gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir.

Qonaqlar ümummilli liderin şəxsi arxivindən götürülmüş eksponatlara, təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlara, təltif olunduğu müxtəlif orden medallara baxdılar.

Qeyd edildi ki, Azərbaycanın ən yeni tarixinin yaradıcısı qurucusu - ümummilli liderin rəhbərliyi dövründə ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi dövr tariximizə sabitlik inkişaf dövrü kimi daxil olmuşdur. Azərbaycan diplomatiyasının inkişafında ulu öndərin əvəzsiz xidmətlərinin olduğu gənclərin diqqətinə çatdırılmışdır.

Gənclər fondla tanışlıqdan zəngin təəssüratla ayrıldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 aprel.- S.  6.