Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının əməkdaşları kursantları Heydər Əliyev Fondu ilə tanış olmuşlar

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı kursantı aprelin 20-də Heydər Əliyev Fondunda olmuşdur.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən tanışlıq zamanı qonaqlara fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Ömrünü Azərbaycana xalqına həsr etmiş, bugünkü müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət ehtiramlarını bildirmək üçün fonda gələn qonaqlar buradakı zəngin ekspozisiya ilə yaxından tanış olmuşlar.

Məlumat verildi ki, Heydər Əliyev hələ keçmiş SSRİ hökumətində yüksək vəzifədə olarkən Azərbaycanda hərbi sahəsində geniş quruculuq işlərinə xüsusi diqqət yetirmişdir. Məhz ulu öndərin əməyi sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlamışdır.

Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman sənədlər saxlanılır. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.

Fondun zəngin ekspozisiyası, həmçinin ulu öndərin Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən çəkdirdiyi şəkillər, hərbi geyimləri fondun ziyarətçiləri tərəfindən maraqla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  21 aprel.- S.  6.