Suriya Ərəb Respublikasının Prezidenti
zati-aliləri cənab
Bəşşar əl-Əsədə
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı - Evakuasiya Günü münasibətilə Sizə
və bütün xalqınıza şəxsən
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Suriya arasındakı ənənəvi
dostluq münasibətlərinin
möhkəmləndirilməsi, əməkdaşlığımızın və əlaqələrimizin
hərtərəfli inkişafı
sahəsində bundan sonra da birgə
səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Suriya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 17
aprel.- S. 1.