Respublika Uşaq Xəstəxanasının maddi-texniki
bazasının gücləndirilməsi
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycanda uşaq
sağlamlığının qorunması sahəsində
tibbi xidmətlərin
daha yüksək səviyyədə göstərilməsini
təmin etmək məqsədilə qərara
alıram:
1. Respublika
Uşaq Xəstəxanasının
əsaslı təmir
və müasir avadanlıqla təchiz edilməsi üçün
Azərbaycan Respublikasının
2010-cu il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyinə
3,0 (üç) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci
bəndində nəzərdə
tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 17 aprel.- S.
1.