İtaliyalı deputat parlament seçkiləri ilə əlaqədar Bakıda keçirilən
beynəlxalq konfransın
nəticələrini yüksək
qiymətləndirmişdir
"Azərbaycanda
2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf"
mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans
çox yüksək səviyyədə təşkil
olunmuşdur. Düşünürəm ki, konfransın nəticələri
də müsbət olacaqdır. Mən bunu Azərbaycan
dövlətinin və hökumətinin ölkədə şəffaf,
demokratik və azad seçkilər keçirmək əzmində
olmasının bariz nümunəsi kimi qiymətləndirirəm".
Bu sözləri
konfransda iştirak etmiş İtaliya parlamentinin ATƏT
PA-dakı nümayəndə heyətinin rəhbəri Rikkardo
Milyori demişdir.
İtaliya parlamentinin
deputatı bu ilin noyabrında keçiriləcək parlament
seçkilərinin tam demokratik və şəffaf keçiriləcəyinə
inamını ifadə etmiş və bildirmişdir ki, ATƏT
PA bu seçkiləri müşahidə edəcəkdir.
Rikkardo Milyori azərbaycanlı
həmkarları ilə ATƏT PA çərçivəsində
çox faydalı əməkdaşlıq etdiklərini
bildirmişdir. O demişdir: "Azərbaycanlı deputatlar ATƏT
PA-da çox fəaldırlar və biz bir çox məsələlərdə
faydalı əməkdaşlıq edirik. ATƏT PA-nın bu
ilin yayında keçiriləcək sessiyasında, eləcə
də digər tədbirlərdə biz bir çox məsələləri
müzakirə edəcəyik. Dünyada və regionda gedən
proseslərə azərbaycanlı deputatların
baxışı bizim üçün çox
faydalıdır".
Azərbaycan.- 2010.- 17 aprel.- S. 3.