BMT-nin Avropa İqtisadi Komissiyasının
ekspertləri Azərbaycanda
səfərdədir
"Azərbaycanda Ekoloji Fəaliyyətin İkinci İcmalı"nın hazırlanması ilə əlaqədar BMT-nin Avropa İqtisadi Komissiyasının 12 eksperti Azərbaycanda səfərdədir.
Aprelin 21-dək davam edəcək səfər çərçivəsində "Azərbaycanda Ekoloji Fəaliyyətin İkinci İcmalı"nın hazırlanması üçün müvafiq məlumatların toplanılması, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
İcmal ekoloji siyasəti, ətraf mühitin qorunması üzrə tədbirlərin maliyyələşdirilməsi,
əhalinin məlumatlandırılması,
beynəlxalq əməkdaşlıq,
nəqliyyatın atmosferə
təsiri, tullantıların,
su ehtiyatlarının
idarə olunması və Xəzər dənizinin problemləri, meşələrin və biomüxtəlifliyin bərpası,
torpaqların istifadəsi və digər sahələri əhatə edəcək,
"Azərbaycanda Ekoloji
Fəaliyyətin Birinci
İcmalı"nın
hazırlandığı 2003-cü ildən sonrakı dövrdə ölkədə
əldə olunmuş
nailiyyətləri əks
etdirəcəkdir.
Azərbaycan.- 2010.- 17
aprel.- S. 3.