Azərbaycanın dövlət rəmzləri dünya əqli mülkiyyət təşkilatı tərəfindən beynəlxalq mühafizə məqsədi ilə qeydiyyata alınmışdır

 

Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən bildirmişlər ki, sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət rəmzləri - bayraq gerb müvafiq qaydada mühafizə olunması məqsədi ilə Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) beynəlxalq bürosu tərəfindən qeydiyyata alınmışdır.

SMPDK-nin DƏMT-ə rəsmi müraciəti əsasında qurumun beynəlxalq bürosu tərəfindən qeydiyyata alınmış dövlət rəmzləri haqqında rəsmi bülletendə məlumat çap edilmişdir. Həmçinin DƏMT-nin rəsmi saytında qeydiyyata alınmış dövlət rəmzlərinin təsvirləri yerləşdirilmişdir (www.wiro.int/irdl/en/6ter).

Qeyd edək ki, Paris Konvensiyasının 6 ter maddəsinə əsasən, dövlət bayraqları, gerbləri, emblemləri, rəsmi möhürləri damğalarının əmtəə nişanı kimi ya nişanlarda xüsusi element kimi qeydiyyatı istifadəsinə yol verilmir.

Azərbaycan sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına 1995-ci il dekabrın 25-də qoşulmuşdur.

 

 

Azərbaycan.- 2010.-  17 aprel.- S.  3.