Əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqındaAzərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqındaAzərbaycan Respublikasının Qanununa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanununa, “Mühasibat uçotu haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

 

I. “Əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvercilik Toplusu, 1997-ci il, ¹ 1, maddə 19; 2001-ci il, ¹ 11, maddələr 676, 695, 699; 2002-ci il, ¹ 5, maddə 243, ¹ 12, maddə 692; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57; 2006-cı il, ¹ 1, maddə 3; 2007-ci il, ¹ 5, maddə 398; 2008-ci il, ¹ 8, maddə 701) 20-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər.”.

II. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4 (I kitab), maddə 250, ¹ 5, maddə 323; 2002-ci il, ¹ 12, maddə 709; 2003-cü il, ¹ 8, maddə 420; 2004-cü il, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10, maddə 761, ¹ 11, maddə 901; 2005-ci il, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006-ci il, ¹ 2, maddə 68, ¹ 3, maddə 255, ¹ 5, maddə 387, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 2, maddə 80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr 1215, 1219; 2008-ci il, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009-cu il, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə 404, ¹ 7, maddə 517) aşağıdakı əlavələr dəyişikliklər edilsin:

1. 47.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.”;

2. aşağıdakı məzmunda 50.1-1-ci maddə əlavə edilsin:

“50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli səxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz.”;

3. 53.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

Təsisçilərinin əcnəbilər ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.”;

4. 115.1-ci maddədənkönüllüsözü çıxarılsın;

5. aşağıdakı məzmunda 115.1-1-ci maddə əlavə edilsin:

“115.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.”.

III. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqındaAzərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 10, maddə 710; 2001-ci il, ¹ 9, maddə 576, ¹ 11, maddə 675; 2003-cü il, ¹ 1, maddə 16; 2005-ci il, ¹ 4, maddə 278, ¹ 8, maddə 684, ¹ 10, maddə 908; 2007-ci il, ¹ 11, maddələr 1049, 1053; 2008-ci il, ¹ 8, maddə 699; 2009-cu il, ¹ 7, maddə 517, ¹ 8, maddə 611) Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə əlavə edilmiş 29.4-cü maddə müvafiq olaraq 29.5-ci maddə hesab edilsin.

IV. “Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1, maddə 8; 2005-ci il, ¹ 1, maddə 1, ¹ 8, maddə 700; 2006-cı il, ¹ 2, maddə 70; 2008-ci il, ¹ 2, maddə 49) aşağıdakı əlavələr dəyişiklik edilsin:

1. aşağıdakı məzmunda 5.4.4-1-ci maddə əlavə edilsin:

“5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər vətəndaşlığı olmayan şəxslər olduqdaonların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;”;

2. 5.4.6-cı maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 5.4.7-ci 5.4.8-ci maddələr əlavə edilsin:

“5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;

5.4.8. təsisçilərinin əcnəbilər ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd.”;

3. aşağıdakı məzmunda 6.1.2-1-ci maddə əlavə edilsin:

“6.1.2-1. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.”;

4. aşağıdakı məzmunda 11.3.2-1-ci maddə əlavə edilsin:

“11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti yoxlama funksiyaları nəzərdə tutulduqda;”;

5. 11.3.3-cü maddədəolduqdasözündən sonra “, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdəsözləri əlavə edilsin;

6. aşağıdakı məzmunda 12.3-1-ci maddə əlavə edilsin:

“12.3-1. Qeyri-hökumət təşkilatının filial nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial ( ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verir.”.

V. “Mühasibat uçotu haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 8, maddə 605; 2008-ci il, ¹ 12, maddə 1049) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“14.4. Qeyri-hökumət təşkilatının illik maliyə hesabatının forması, məzmunu təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

2. 14.5-ci maddə çıxarılsın.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2010-cu il.

 

Azərbaycan.- 2010.- 18 aprel.- S.  2.