“Bədən tərbiyəsi və
idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan
Respublikasında hərbi xidmətə
çağırışın əsasları haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1992-ci il, ¹ 11, maddə 406, ¹ 16, maddə 706; 1993-cü il, ¹ 5,
maddə 133; 1994-cü il, ¹ 9, maddə 96; Azərbaycan
Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli
Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1998-ci il, ¹ 1, maddə 15; 1999-cu il, ¹ 3, maddə 164, ¹ 4, maddə
215, ¹ 5, maddə 286; 2001-ci il, ¹ 3, maddə 147, ¹ 12, maddə
745; 2002-ci il, ¹ 6, maddə 328, ¹ 8, maddə 463; 2004-cü il, ¹
2, maddə 57, ¹ 7, maddə 507; 2006-cı il, ¹ 3, maddə 219;
2007-ci il, ¹ 1, maddələr 1, 4; 2008-ci il, ¹ 7, maddə 602)
3-cü maddəsinə aşağıdakı məzmunda
üçüncü hissə əlavə edilsin:
“Çağırışaqədər
yaşlı gənclərin və
çağırışçıların fiziki
hazırlığı proqramları, bu
hazırlığın təmin edilməsinə yönəlmiş
idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur. Vətəndaşların Vətənin
müdafiəsinə fiziki hazırlığının təmin
olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən
tərbiyəsi-idman təşkilatları arasında
bağlanan müqavilələr əsasında həyata
keçirilə bilər.”.
II. “Əlilliyin və
uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1992-ci il, ¹ 16, maddə 697; 1994-cü
il, ¹ 15, maddə 176; 1995-ci il, ¹ 17-18, maddə 285; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 2, maddə
81, ¹ 4, maddə 305, ¹ 5, maddələr 356, 378, ¹ 6, maddə 452;
1998-ci il, ¹ 1, maddə 16; 1999-cu il, ¹ 4, maddə 217, ¹ 7, maddə
395; 2001-ci il, ¹ 3, maddə 145, ¹ 12, maddələr 731, 736;
2002-ci il, ¹ 5, maddələr 244, 246, ¹ 12, maddə 706;
2004-cü il, ¹ 4, maddə 202, ¹ 7, maddə 507, ¹ 8, maddə 596;
2005-ci il, ¹ 8, maddə 684; 2007-ci il, ¹ 5, maddə 401; 2008-ci il, ¹
7, maddə 602) aşağıdakı əlavə və dəyişiklik
edilsin:
1. 35-ci maddəyə
aşağıdakı məzmunda üçüncü hissə
əlavə edilsin:
“Dövlət və bələdiyyə
bədən tərbiyəsi-idman təşkilatlarında
sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə
bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.”.
2. 55-ci maddənin ikinci hissəsində
“para-olimpiya” sözləri “paralimpiya, deflimpiya və xüsusi
olimpiya” sözləri ilə əvəz edilsin.
III. “Uşaq hüquqları
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 8, maddə
484; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 11, maddələr 676, 687, ¹ 12,
maddə 731; 2002-ci il, ¹ 5, maddə 241, ¹ 6, maddə 328;
2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 7, maddə 507;
2006-cı il, ¹ 2, maddə 75; 2007-ci il, ¹ 6, maddə 560; 2008-ci
il, ¹ 7, maddə 602; Azərbaycan Respublikasının 2009-cu il 4
dekabr tarixli 924-IIIQD nömrəli Qanunu) 25-ci maddəsinə
aşağıdakı məzmunda dördüncü hissə əlavə
edilsin:
“Dövlət və bələdiyyə
bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı
ailələrdən olan uşaqlara, valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər
yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud
uşaqlara bədən tərbiyəsi-idman xidmətləri
pulsuz göstərilir.”.
IV. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə
213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr
672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddə
241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23;
2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹
6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə
981; 2005-ci il, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560,
¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094;
2006-cı il, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11,
maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, ¹ 5,
maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11,
maddələr 1049, 1053; 2008-ci il, ¹ 3, maddə 156, ¹ 7, maddələr
600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009-cu il, ¹ 2, maddə
48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399; Azərbaycan
Respublikasının 2009-cu il 20 oktyabr tarixli 891-IIIQD nömrəli,
4 dekabr tarixli 924-IIIQD və 927-IIIQD nömrəli, 2010-cu il 1
fevral tarixli 950-IIIQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər və əlavələr
edilsin:
1. 31-ci maddənin ikinci hissəsinin
“o” bəndinin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və hissəyə
aşağıdakı məzmunda “ö” bəndi əlavə
edilsin:
“ö) işçilərə
bədən tərbiyəsi və idmanla, o cümlədən
iş rejimi şəraitində və işdən sonrakı
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə,
idman-sağlamlıq turizmi ilə məşğul ola bilmələri
üçün şəraitin yaradılması.”.
2. 43-cü maddənin ikinci
hissəsinin “g” bəndi “ğ” bəndi hesab edilsin və hissəyə
aşağıdakı məzmunda “g” bəndi əlavə
edilsin:
“g) işçiyə
bədən tərbiyəsi və idmanla, o cümlədən
iş rejimi şəraitində və işdən sonrakı
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə,
idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi
üçün şəraitin yaradılması;”.
3. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavənin
“Əmək şəraitinin şərtləri” adlı
4-cü paraqrafında:
3.1. “Məzuniyyət üzrə”
bölməsindən sonra aşağıdakı məzmunda
bölmə əlavə edilsin:
“Bədən tərbiyəsi
və idman üzrə
4.33. İşçiyə bədən
tərbiyəsi və idmanla, o cümlədən iş rejimi
şəraitində və işdən sonrakı reabilitasiya və
peşəkar-tətbiqi məşqlərlə,
idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait
yaradılır.
4.34. İşçinin bədən
tərbiyəsi və idman şəraiti məsələləri
üzrə şərtlər:
____________________________________________________________”;
3.2. “Tərəflərin
müəyyən etdiyi, habelə kollektiv müqavilədə
(sazişdə) nəzərdə tutulan digər əlavə
şərtlər” bölməsinin mətnində “4.33-4.35” rəqəmləri
müvafiq olaraq “4.35-4.37” rəqəmləri ilə əvəz
edilsin.
V. “Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 7, maddə
405; 2001-ci il, ¹ 11, maddələr 689, 690, ¹ 12, maddə 736;
2002-ci il, ¹ 5, maddə 242; 2003-cü il, ¹ 1, maddələr 11,
16, ¹ 6, maddə 256; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə
202, ¹ 5, maddə 314, ¹ 6, maddə 397; 2005-ci il, ¹ 2, maddə 62;
2006-cı il, ¹ 2, maddə 67, ¹ 11, maddə 923, ¹ 12, maddə
1005; 2007-ci il, ¹ 11, maddələr 1053, 1082; 2008-ci il, ¹ 5, maddə
354; 2009-cu il, ¹ 6, maddə 410) 4-cü maddəsinin 2-ci bəndinə
aşağıdakı məzmunda üçüncü abzas əlavə
edilsin:
“Bədən tərbiyəsi
və idman sahəsində bələdiyyələrin səlahiyyətləri
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.”.
VI. “Şəhərsalmanın
əsasları haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999-cu il, ¹ 8, maddə 473; 2001-ci il, ¹ 11, maddə 676; 2002-ci il,
¹ 5, maddə 241; 2007-ci il, ¹ 10, maddə 938; 2008-ci il, ¹ 7, maddə
602; 2009-cu il, ¹ 5, maddə 310 ) aşağıdakı əlavələr
edilsin:
1. 10-cu maddə üzrə:
1.1. birinci
hissənin “b” yarımbəndinin yeddinci abzasının sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və bəndə
aşağıdakı məzmunda səkkizinci abzas əlavə
edilsin:
“bədən
tərbiyəsi və idmanla məşğul olmaq
üçün obyektlərin, o cümlədən idman şəhərciklərinin,
zalların, hovuzların, həyətlərdə, parklarda və
digər istirahət sahələrində sadə idman
meydançalarının, sağlamlıq zonalarının və
digər bədən tərbiyəsi-sağlamlıq və
idman obyektlərinin tikinti layihələri.”;
1.2. maddəyə
aşağıdakı məzmunda səkkizinci və doqquzuncu
hissələr əlavə edilsin:
“İdman
obyektlərinin layihələndirilməsi və tikintisi həmin
obyektlərə əlillərin maneəsiz keçməsinin təmin
edilməsi haqqında tələblərə riayət etməklə
həyata keçirilir.
Bütün növ təhsil
müəssisələrinin tikintisi və ya yenidən
qurulması planlarına bədən tərbiyəsi,
sağlamlıq və idman obyektlərinin tikintisinin
salınması məcburidir.”.
2. 15-ci maddənin
üçüncü hissəsinin yeddinci abzasının
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və hissəyə
aşağıdakı məzmunda səkkizinci abzas əlavə
edilsin:
“yaşayış
sahələrinin tikintisi planlarına bədən tərbiyəsi,
sağlamlıq və idman obyektlərinin tikintisinin daxil edilməsini.”.
VII. “Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 477; 2001-ci il, ¹ 11, maddə
687, ¹ 12, maddələr 731, 736; 2002-ci il, ¹ 5, maddə 241, ¹ 6,
maddə 328; 2006-cı il, ¹ 2, maddə 75; 2007-ci il, ¹ 6, maddə
561, ¹ 12, maddə 1197; 2008-ci il, ¹ 7, maddə 602) 3-cü maddəsinə
aşağıdakı məzmunda altıncı hissə əlavə
edilsin:
“Dövlət və bələdiyyə
bədən tərbiyəsi-idman təşkilatlarında
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlara bədən tərbiyəsi-idman xidmətləri
pulsuz göstərilir.”.
VIII. Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, II kitab,
maddə 251, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 7, maddə
455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6,
maddə 326, ¹ 8, maddə 465; 2003-cü il, ¹ 6, maddələr
276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004-cü
il, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə
598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005-ci il, ¹ 1, maddə 3,
¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə
994; 2006-cı il, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390,
¹ 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, ¹ 2, maddə 68, ¹ 5,
maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹
10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹
12, maddə 1221; 2008-ci il, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə
602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009-cu il, ¹
5, maddə 315, ¹ 7, maddə 517; Azərbaycan
Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-IIIQD nömrəli
Qanunu) aşağıdakı məzmunda 143-1-ci maddə əlavə
edilsin:
“Maddə 143-1. Dopinq vasitələrindən və (və ya)
metodlarından istifadəyə məcbur etmə
Dopinq vasitələrindən
və (və ya) metodlarından istifadəyə məcbur etmə
-
beş yüz manatdan min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya eyni müddətə
azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.”.
IX. Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə
139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə
731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr
234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692;
2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr
177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, ¹ 12, II kitab, maddələr
713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr
200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397,
¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə
900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə
61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462,
466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr
875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr
1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr
219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr
923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr
3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401,
440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10,
maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049,
1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217,
1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152,
159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454,
460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr,
699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956,
957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr
36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr
404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611; Azərbaycan
Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-IIIQD, 897-IIIQD
nömrəli, 26 noyabr tarixli 923-IIIQD nömrəli, 4 dekabr
tarixli 924-IIIQD, 929-IIIQD nömrəli və 15 dekabr tarixli
931-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda
68-6-cı, 68-7-ci, 68-8-ci və 68-9-cu maddələr əlavə
edilsin:
“Maddə 68-6. Rəsmi tibbi icazə sənədləri olmadan bədən
tərbiyəsi və idmanla məşğul olmağa cəlb
etmə və idman yarışlarına buraxma
Məktəbdənkənar
təhsil müəssisələri və bədən tərbiyəsi-idman
təşkilatları tərəfindən uşaq və gənclərin
qanunvericiliyə uyğun olaraq verilmiş rəsmi tibbi icazə
sənədləri olmadan bədən tərbiyəsi və
idmanla məşğul olmağa cəlb edilməsinə və
ya idman yarışlarına buraxılmasına görə - vəzifəli
şəxslər yüz manatdan iki yüz manatadək miqdarda cərimə
edilir.
Maddə 68-7. Dopinq vasitələrindən və (və ya)
metodlarından istifadə və ya istifadəni təbliğ
etmə
Dopinq vasitələrindən
və (və ya) metodlarından istifadəyə və ya istifadəni
təbliğ etməyə görə -
fiziki şəxslər əlli
manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər
yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
Maddə 68-8. Dərman vasitələrinin və qidaların tərkibinə
dopinq vasitələri əlavə etməklə onların
saxtalaşdırılması, satılması, həmçinin
dopinq vasitələrinin hazırlanmasının,
istehsalının, istifadəsinin vasitə və metodları,
onların əldə edilməsi mümkün olan yerlər
haqqında məlumatların yayılması
68-8.1. Dərman vasitələrinin
və qidaların tərkibinə dopinq vasitələri əlavə
etməklə onların saxtalaşdırılmasına və
ya satılmasına görə-
fiziki şəxslər yüz əlli
manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər
iki yüz manatdan üç yüz manatadək miqdarda,
hüquqi şəxslər üç yüz manatdan dörd
yüz manatadək miqdarda cərimə edilir.
68-8.2. Dopinq vasitələrinin
hazırlanmasının, istehsalının, istifadəsinin
vasitə və metodları, onların əldə edilməsi
mümkün olan yerlər haqqında məlumatların
yayılmasına görə -
fiziki şəxslər əlli
manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər
yüz manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər
iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə
edilir.
Maddə 68-9. Dopinq nəzarəti qaydalarının pozulması
Bədən tərbiyəsi-idman
təşkilatları, idmançılar, məşqçilər,
həkimlər və digər mütəxəssislər tərəfindən
dopinq nəzarəti qaydalarının pozulmasına görə
-
yüz manatdan iki yüz manatadək
miqdarda cərimə edilir.”.
X. Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinə
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, III kitab, maddə 586, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 7, maddə
455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 237, 240, 244, ¹ 8,
maddə 463; 2004-cü il, ¹ 6, maddə 399; 2005-ci il, ¹ 4, maddə
278; 2006-cı il, ¹ 11, maddə 929; 2007-ci il, ¹ 8, maddə 756, ¹
11, maddə 1049, ¹ 12, maddələr 1197, 1218; 2008-ci il, ¹ 6, maddə
462, ¹ 7, maddələr 602, 607) aşağıdakı əlavələr
və dəyişikliklər edilsin:
1. Məcəlləyə
aşağıdakı məzmunda 10.2.2-1-ci maddə əlavə
edilsin:
“10.2.2-1. bədən tərbiyəsi
və idmanla məşğul olmaq;”.
2. 74.2-ci maddədə
“gündəlik qayda” sözləri “gün bölgüsü”
sözləri ilə əvəz edilsin.
3. Məcəlləyə
aşağıdakı məzmunda 91-1-ci maddə əlavə
edilsin:
“Maddə 91-1. Cəzaçəkmə müəssisələrində
bədən tərbiyəsi və idman
91-1.1. Cəzaçəkmə
müəssisələrinin rəhbərliyi azadlıqdan məhrum
edilmiş şəxslərin bədən tərbiyəsi və
idmanla məşğul olması üçün şəraiti
təmin edir və idman tədbirlərinin keçirilməsini
təşkil edir.
91-1.2. Cəzaçəkmə
müəssisələrinin gün bölgüsündə
fiziki məşqlər, o cümlədən səhər
gimnastikası və gündə bir saatdan az
olmayaraq idmanla məşğul olma nəzərdə tutulur.
91-1.3. Cəzaçəkmə
müəssisələrində cəza çəkən
şəxslər müəyyən edilmiş normativlərdən
əlavə bədən tərbiyəsi və idmanla məşğul
olmaq üçün öz vəsaitləri hesabına idman
geyimi və alətləri əldə etmək hüququna
malikdirlər.”.
4. 91.9-cu maddənin birinci
cümləsindən “, həmçinin idman paltarı”
sözləri çıxarılsın.
5. 101.3-cü maddədə
“gündəlik qaydasında” sözləri “gün
bölgüsündə” sözləri ilə əvəz
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2010-cu il.
Azərbaycan.- 2010.- 18 aprel.- S. 3.