“Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə,
“Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa,
“Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununa, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavələr
və dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
“Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
hüquqi vəziyyəti haqqında” Azərbaycan
Respublikası Qanununa, Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə, “Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan
Respublikasının Qanununa, “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununa,
“Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavələr və dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu
il 12 fevral tarixli 952-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”
Azərbaycan Respublikası Qanununa, Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə,
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və
fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa,
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa, “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində “Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”
Azərbaycan Respublikası Qanununa, Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə,
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və
fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa,
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa, “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki:
2.1. “Mühasibat
uçotu haqqında” Azərbaycan Respublikası Qanununun
14.4-cü maddəsində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
2.2. “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-1-ci maddəsinin
ikinci cümləsində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 18 aprel.- S. 3.