“Bədən
tərbiyəsi və
idman haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
“Bədən tərbiyəsi
və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 5 mart tarixli 971-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Bədən tərbiyəsi və
idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
68-6-cı, 68-7-ci, 68-8-ci və 68-9-cu maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan dövlət orqanları barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.4. öz səlahiyyətləri
daxilində “Bədən tərbiyəsi və idman
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki, “Azərbaycan Respublikasında hərbi xidmətə
çağırışın əsasları haqqında” Azərbaycan
Respublikası Qanununun 3-cü maddəsinin
üçüncü hissəsinin birinci və ikinci cümlələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi həyata
keçirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 18 aprel.- S. 3.