ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin
inkişaf perspektivləri
müzakirə edilmişdir
Aprelin 17-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin siyasət üzrə müavini Mişel Flournoy ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivlərinin müzakirə edildiyi görüşdə Cənubi Qafqazda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratdığı gərginlik ətrafında da fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın müdafiə naziri Minsk qrupuna daxil olan həmsədr ölkələrin təcavüzkar Ermənistana təsirlərini artırmayacaqları halda, regionda sülhün əldə edilməsinin mümkün olmayacağını bildirmişdir. Nazir bu vəziyyətdə Azərbaycanın digər üsullara əl atmaq məcburiyyətində qalacağını qeyd etmişdir.
Görüşdə Azərbaycanın
ABŞ-dakı səfiri
Yaşar Əliyev iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 18
aprel.- S. 4.