Azərbaycan Diplomatik Akademiyası Bakının
orta məktəblərində
interaktiv seminarlara başlamışdır
Azərbaycan Diplomatik
Akademiyasının dəstəyi ilə Bakının bir
sıra orta məktəblərində interaktiv seminarlar
keçirilir.
Xarici ölkələrin
Azərbaycandakı səfirliklərinin nümayəndələrinin
də iştirak etdikləri seminarların məqsədi orta məktəblərdə
təhsil alan şagirdlərin
dünyagörüşünü artırmaq, onlara digər
dövlətlər, beynəlxalq qurumlar haqqında geniş məlumat
verməkdir.
Bu dəfə seminar
Suraxanı rayonundakı 2 nömrəli uşaq evində
olmuşdur. Şagirdlərlə görüşə gələn
Macarıstanın Azərbaycandakı səfirinin
müşaviri Yolton Bac ölkəsi haqqında məlumat
vermiş, dövlətlərimiz arasında əməkdaşlıq
əlaqələrindən danışmışdır.
Azərbaycan.- 2010.- 18 aprel.- S. 4.