Qazaxıstanlı alimlər Azərbaycanın geologiya elminə önəm verir
Burada gənc alimlər üçün "Layların neftverimliyinin artırılması metodu", "Neft-qaz yataqlarının sistemli tədqiqi", "Quyu qazma texnologiyası", "Neft və qaz yataqlarının işlənilməsi", "Geologiyada tədqiqatın riyazi üsulları" mövzularında iki həftəlik mühazirə və təcrübə məşğələləri başlamış və aprelin 25-nə kimi davam edəcəkdir. Dərslər akademik Midhət Abasov, AMEA-nın müxbir üzvləri Qərib Calalov və Qalib Əfəndiyev, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev və texnika elmləri doktoru Anatoli Strekov tərəfindən aparılır.
Geologiya İnstitutunun MDB çərçivəsində elmi əməkdaşlığının tərkib hissələrindən biri olan bu layihə Atırau Neft-Qaz İnstitutu ilə bağlanmış müqavilə əsasında həyata keçirilir.
Qeyd edək ki, xarici əlaqələr və təcrübə mübadiləsi ölkəmizdə dövlət tərəfindən elmdə aparılan islahatların prioritet istiqamətlərindən biridir və sözügedən layihə də bu prinsipdən irəli gəlir. AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadənin bildirdiyinə görə, ilk dəfədir ki, xarici ölkə akademiyanın elmi bazasına bu cür önəm verir. Bu, Azərbaycanın geologiya, xüsusən də neft-qaz istiqaməti üzrə nümunəvi təcrübəyə malik olduğuna dəlalət edir.
Ağahüseyn ŞÜKÜROV
Azərbaycan.- 2010.- 18 aprel.- S. 4.