İsrail dövlətinin
Prezidenti zati-aliləri
cənab Şimon
Peresə
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Ümidvaram ki, Azərbaycan-İsrail münasibətlərinin inkişafı,
dostluq və əməkdaşlığımızın möhkəmlənməsi bundan
sonra da xalqlarımızın mənafelərinə
xidmət edəcəkdir.
Bu əlamətdar gündə
Sizə möhkəm
can sağlığı, işlərinizdə
uğurlar, dost xalqınıza
əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 5 aprel 2010-cu il
Azərbaycan.-
2010.-20 aprel.- S. 1.