“Mərkəzi icra hakimiyyəti orqanlarının
Nümunəvi Strukturu”nun təsdiq edilməsi və Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
13 fevral tarixli 363 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi
Əsasnaməsi”nə
dəyişiklik və
əlavələr edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 632 nömrəli Fərmanına əlavə
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
“Mərkəzi icra
hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nun təsdiq
edilməsi və Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti
orqanlarının Nümunəvi Əsasnaməsi”nə dəyişiklik
və əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 632 nömrəli
Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹9, maddə 870) aşağıdakı məzmunda
1-1-ci bənd əlavə edilsin:
“1-1. Qulluq keçmələri
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə dövlət qulluğunun
xüsusi növünə aid edilən və Azərbaycan
Respublikasının müvafiq qanunları ilə tənzimlənən
mərkəzi icra hakimiyyəti orqanlarının
strukturlarında bu Fərmanın 1-ci bəndi ilə təsdiq
edilən Nümunəvi Strukturda müəyyən edilənlərlə
yanaşı digər struktur bölmələr və qurumlar nəzərdə
tutula bilər.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 20 aprel.- S. 2.