Türkiyənin xarici işlər naziri Azərbaycanda səfərdədir
Türkiyənin xarici
işlər naziri Əhməd Davudoğlu aprelin 19-da Azərbaycana
səfərə gəlmişdir.
Bakıya səfəri
çərçivəsində türkiyəli nazir
Vaşinqtonda aparılmış danışıqları, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə
bağlı məsələləri Azərbaycan rəsmiləri
ilə müzakirə edəcək, sonrakı addımlar barədə
məsləhətləşmələr aparacaqdır.
Heydər Əliyev
adına Beynəlxalq Hava Limanında jurnalistlərə
açıqlama verən Ə.Davudoğlu Türkiyənin hər
zaman Azərbaycan ilə birlikdə olduğunu
vurğulamışdır.
Türkiyəli nazir
Bakıda keçirəcəyi görüşlərdən
sonra azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə
birgə açıqlama verəcəyini də demişdir.
Qeyd edək ki, Türkiyənin
xarici siyasət idarəsinin rəhbəri ilə yanaşı,
onun müavini Firudin Sinirlioğlu da Azərbaycana gəlmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 20 aprel.- S. 1.