Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Prezident Abdullah Gülün Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Türkiyə-Azərbaycan dostluq qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olundu, ölkələrimiz arasında birliyin əməkdaşlığın gücləndirilməsinin zəruriliyi bir daha vurğulandı.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan əlaqələri barədə məlumat verdi.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyət haqqında danışdı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 aprel.- S.  2.