Küveyt dost Azərbaycanla əməkdaşlığın
inkişafına böyük
önəm verir
Azərbaycanda səfərdə olan Küveyt dövlətinin parlamentinin qadın deputatlarından ibarət nümayəndə heyətinin rəhbəri xanım Məsumə Saleh əl-Mubarək jurnalistlərə müsahibəsində səfərin əsas məqsədinin Azərbaycan və Küveyt dövləti arasında dostluq və əməkdaşlığı daha da möhkəmləndirmək olduğunu bildirmişdir.
Azərbaycana Milli Məclisin dəvəti ilə gəldiklərini vurğulayan nümayəndə heyətinin başçısı qeyd etmişdir ki, burada keçirdiyimiz görüşlər iki ölkə parlamentlərindəki dostluq qruplarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə imkan verəcəkdir. Küveyt dost Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir. Biz bütün sahələrdə Azərbaycanı dəstəkləyirik.
AzərTAc
Azərbaycan.- 2010.- 20
aprel.- S. 2.