Azərbaycan Diplomatik Akademiyası "Fəlsəfə doktorlarının inkişafına Dəstək Proqramı"na başlamışdır

 

Azərbaycan Diplomatik Akademiyası "Fəlsəfə doktorlarının inkişafına Dəstək Proqramı"na başlamışdır.

Akademiyadan bildirmişlər ki, proqramın əsas məqsədi xaricdə fəlsəfə doktoru elmi dərəcəsi almış doktorantura təhsili alan azərbaycanlı mütəxəssisləri Azərbaycana cəlb etmək eyni zamanda, onların peşəkar inkişafına karyera irəliləyişlərinə yardım göstərməkdir.

Proqram tədqiqat təqaüdləri seminarlar vasitəsilə həyata keçirilir.

Növbə ilə Vaşinqton London şəhərlərində keçiriləcək seminarlarda azərbaycanlı regionumuza marağı olan əcnəbi fəlsəfə doktorları bir araya gələcəklər.

İyunun 4-5-də Vaşinqtonda keçiriləcək seminarda əsasən Şimali Amerika ölkələrində təhsil almış azərbaycanlı fəlsəfə doktorları iştirak edəcəklər.

Proqramla bağlı yekun konfrans isə dekabrın 20-21-də Bakıda təşkil olunacaqdır.

Proqramın əhəmiyyətini vurğulayan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ki, layihə bugünün aktual problemi olan "beyin axını"nın qarşısının alınmasına xaricdə müxtəlif sahələr üzrə təhsil almış azərbaycanlı fəlsəfə doktorlarının vətənlərinə qayıtmasına zəmin yaradacaqdır. Eyni zamanda, bu proqram təhsilini xaricdə alan azərbaycanlılar arasında əlaqəni gücləndirən bir şəbəkə yaradacaq, beynəlxalq akademik mühitdə Azərbaycan haqqında məlumatı artıracaq ADA-nı akademik debatların keçirildiyi platformaya çevirəcəkdir.

Proqram haqqında əlavə məlumatı http://ada.edu.az/facultyresearch/phdsupport/ linkindən əldə etmək olar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 aprel.- S.  3.