Vatikanla Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq genişlənir

 

Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, Azərbaycan Respublikası mədəniyyət turizm naziri Əbülfəs Qarayev Vatikanda bu ölkənin kitabxana məxfi arxivinin direktorları ilə görüşmüşdür. Görüşdə nazir ölkəmizdə Qafqaz Albaniyasının ona məxsus tarixi mədəni abidələrin mövcudluğu, onların qorunması dövlət tərəfindən qayğı göstərilməsi barədə məlumat vermişdir. Azərbaycan Milli Kitabxanası ilə Vatikan kitabxanası arasında əməkdaşlıq məxfi arxivə giriş məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır.

Vatikanın mədəniyyət naziri ilə görüşmüş Ə.Qarayev Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, tolerant bir dövlət olması, dünyəvi dinlərə hörmətlə yanaşması, azsaylı xalqların dili mədəniyyəti ilə yanaşı, onların dini etiqadları ilə bağlı hər cür şəraitin yaradılması, ölkəmizdə yeni katolik kilsəsinin istifadəyə verilməsi barədə həmkarına ətraflı məlumat vermişdir.

Vatikan tərəfi Azərbaycanın tolerant dövlət olmasından böyük məmnunluq duyduğunu bildirmiş, dünyəvi dinlərə göstərdiyi qayğıya görə Azərbaycan hökumətinə təşəkkür etmiş, mədəniyyətlərarası dinlərarası dialoqla bağlı ölkəmizdə keçirilmiş beynəlxalq konfransı yüksək qiymətləndirmişdir.

Vatikanın mədəniyyət naziri Azərbaycan incəsənət ustalarını ölkəsində keçiriləcək kinofestivalda iştirak etməyə dəvət etmişdir. Görüşlərdə Azərbaycanın Fransa Vatikandakı səfiri Elçin Əmirbəyov iştirak etmişdir.

 

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2010.-  20 aprel.- S.  8.