İsmayıllı xalçalarının albom-kataloqu hazırlanmışdır

 

İsmayıllı rayonunda istehsal olunan xalçaların albom-kataloqu hazırlanmışdır.

Rayon icra hakimiyyətinin iqtisadiyyat şöbəsindən bildirmişlər ki, albom-kataloqun hazırlanıb yayılması, əslində bir neçə zərurətdən irəli gəlmişdir. Birincisi, İsmayıllı xalçaları barədə Bakı respublikamızın digər ərazilərində ətraflı bilgilərin verilməsidir ki, sifarişlər artsın. İkincisi ən əsası isə, bu xalçaların xarici ölkələrdə daha geniş tanıdılması ixracının təşkili, beynəlxalq sərgilərə çıxarılmasıdır.

Albom-kataloq həm ermənilərin digər maddi-mədəniyyət nümunələrimiz kimi, Azərbaycan xalçalarını da xarici ölkələrdə öz məhsulları kimi təqdim etməsinin qarşısını almağa kömək edəcəkdir.

Xalçaçılıq sahəsində qədim zəngin ənənələri olan İsmayıllıda son illər bu sahəyə maraq xeyli artmışdır. Rayonda fəaliyyət göstərən "Gülüstan" xalça sexində "Xoşbəxt-x" kiçik müəssisəsində hər il 350-400 kvadratmetr xalça toxunur. "Şirvan", "Qollu çiçək", "Pərvan", "Dağlı çiçəyi", "Pərvəndi" adlı xalçalar öz zərifliyi zəngin rəng çalarları ilə nəinki Azərbaycan alıcıları, həm xarici mütəxəssislər alıcılar tərəfindən böyük maraqla qarşılanır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  20 aprel.- S.  11.