“Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə dəyişiklik
və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 23 fevral tarixli 960-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə dəyişiklik və əlavə
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 23 fevral tarixli 960-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay
müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə dəyişiklik
və əlavə edilməsi barədə” Azərbaycan
Respublikasının 2010-cu il 23 fevral tarixli 960-IIIQD nömrəli
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1078-11.5-ci maddəsində
nəzərdə tutulmuş emitentin istiqraz
buraxılışının maksimal həcminə dair tələblər
haqqında qaydaları müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. öz səlahiyyətləri
daxilində “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan
Respublikasının 2010-cu il 23 fevral tarixli 960-IIIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1078-11.5-ci maddəsində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 22
aprel.- S. 1.