İndoneziya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsini ziyarət etmişlər.

Nümayəndə heyətinin üzvləri Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  22 aprel.- S.  2.