Roma Papası XVI Benedikt həzrətlərinə
Zati-müqəddəsləri!
Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlığımız humanizm ideallarının və ümumbəşəri dəyərlərin təntənəsi naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyir, həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 13 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 24
aprel.- S. 1.