Pakistan Azərbaycanla digər sahələrdə olduğu kimi, müdafiə sənayesi istiqamətində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

 

Aprelin 23-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə olan Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüş nazirliyin "Şərq" İstehsalat Birliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda keçirilmişdir.

Yavər Camalov Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyətindən danışmışdır. Nazir hər iki ölkənin bu sahədə geniş potensiala malik olduğunu vurğulamışdır.

Nümayəndə heyətinin başçısı Səyid Əthar Əli ölkəsinin Azərbaycanla, digər sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirmişdir.

Görüşdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılmış ümumi razılıq əldə olunmuşdur.

Səmimi dostluq mehribançılıq şəraitində keçən görüşün sonunda nümayəndə heyəti zavodun istehsal sexlərində olmuş nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların sərgisinə baxmışlar.

Görüşdə Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli Pakistanın ölkəmizdəki səfiri Əbdul Həmid iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  24 aprel.- S.  2.