"Erməni vandalizmi" kitabının təqdimatı olmuşdur

 

Aprelin 24-də R.Behbudov adına Mahnı Teatrında şair-publisist Mirkazım Seyidovun "Erməni vandalizmi" kitabının təqdimat mərasimi keçirilmişdir.

Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Forumun təsisçisi Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Mirkazım Seyidovun bu kitabı Azərbaycan, rus ingilis dillərində çap olunmuşdur.

Teatrın foyesində erməni vandalizmini əks etdirən fotosərgi açılmışdır.

Tədbirdə çıxış edən M.Seyidov bildirmişdir ki, 1915-ci il 24 aprel hadisələrinin "soyqırımı" adlandırılmasının əsassız uydurma olması bu kitabda bir daha öz əksini tapmışdır.

Kitabda zaman-zaman Azərbaycan Türkiyə torpaqlarında qanlı terror aktları, soyqırımı cinayətləri törədən ermənilərin zalım, qaniçən, başqasının torpağında gözü olan əsl cəllad siması öz əksini tapmışdır. Bu kitab bədnam qonşularımızın Azərbaycanın tarixi torpaqlarına köçürülməsindən bəhs edir. "Böyük Ermənistan" yaratmaq xülyasına düşmüş ermənilərin illər boyu xalqımızı mənəvi fiziki işgəncələrə məruz qoyması ilə bağlı bütün məlumatlar kitabda geniş şəkildə yer almışdır.

Müəllif demişdir ki, Rusiyanın "Printinq" nəşriyyatında 3 min tirajla çap olunmuş bu kitabın bir çox ölkələrdə təqdimat mərasiminin təşkil edilməsi planlaşdırılır. Erməni lobbisinə Azərbaycan diasporunun gücünü göstərmək məqsədi ilə belə tədbirlər il ərzində davamlı şəkildə keçiriləcəkdir. Bu günlərdə "Erməni vandalizmi" kitabının Rusiyanın Novosibirsk şəhərində təqdimatı olmuşdur.

Bu kitabda erməni yalanlarının faktlar əsasında bir daha ifşa edildiyini söyləyən Mirkazım Seyidov vurğulamışdır ki, xalqımızın başına gətirilən faciələri bütün dünyaya çatdırmaq hər birimizin borcudur. Bu kitabı yazıb çap etdirməklə az da olsa xalqım üçün faydalı bir gördüyümü düşünürəm bundan sonra da Azərbaycanın haqq səsinin dünyaya çatdırılması naminə yorulmadan fəaliyyət göstərəcəyəm.

Tədbirdə çıxış edən professor Nurəddin Kazımov demişdir ki, "Erməni vandalizmi" kitabı müəllifin, eləcə milli təbliğatımızın uğuru kimi dəyərləndirilməlidir. Kitabın Rusiyada üç dildə çap edilməsi orada yayılmasının böyük əhəmiyyəti vardır. Belə kitablar ermənilərin türklərə azərbaycanlılara qarşı törətdikləri soyqırımı faktlarının dünya ictimaiyyəti tərəfindən tanınmasında təşviqat vasitəsi kimi tutarlı vəsaitdir.

Mərasimdə digər çıxış edənlər kitabın məziyyətlərindən, tarixi əhəmiyyətindən onun bütün dünyada geniş şəkildə təbliğ olunmasının vacibliyindən danışmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  25 aprel.- S.  6.