Əmrinə müntəzirik, ALİ BAŞ
KOMANDANIM!
İlham Əliyev: Azərbaycan
Ordusu işğal olunmuş torpaqları hər an azad etməyə tam hazırdır
Azərbaycan başqa sahələri
inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu, bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə
şəraitindədir. Müharibə bitməyib, müharibənin
birinci mərhələsi
başa çatıbdır.
Biz elə etməliyik
ki, istənilən anda torpaqlarımızı
hərbi yolla azad edə bilək.
Bizim hərbi xərclərimiz
son 5-6 il ərzində 10 dəfədən
çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox
artıb. Hərbi hazırlıq
yüksək səviyyədədir.
Orduda və bütün Silahlı Qüvvələrdə
ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır.
Bu proses davam edir və bu,
bizim təbii haqqımızdır.
Azərbaycan Ordusu bütün
cəhətlərdən Ermənistan
ordusundan daha da güclüdür və daha da
peşəkardır. Ermənistan silahlı
qüvvələrində xidmət
edən əsgərlər
kütləvi qaydada Azərbaycan tərəfə
keçirlər. Onların burada
dediyi sözlər və gətirdiyi faktlar göstərir ki, Ermənistan ordusunda nə qədər acınacaqlı
vəziyyət vardır.
Bu kütləvi köç davam edir və şübhə
yoxdur ki, gələcəkdə də
davam edəcəkdir.
Hətta təmas
xəttində, o təmas
xəttini qorumaq üçün Ermənistan
ordusunda canlı qüvvə çatışmır.
Bu yaxınlarda o ölkədə elan edilmiş bəzi tədbirlər onu göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər.
Yəni,
onlar səfərbərliyə
cəlb ediləcək
insanların yaş həddini artırırlar.
Orada canlı qüvvə Azərbaycanda olan insani potensialla müqayisə oluna bilməz. Bu, vacib məsələdir və üstünlük bizim tərəfimizdədir.
Digər
bütün başqa sahələrdə də üstünlük bizim tərəfimizdədir.
Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanı
İlham Əliyevin Müdafiə Nazirliyində
ordu quruculuğu məsələlərinə həsr
olunmuş müşavirədəki
çıxışından
Azərbaycan.- 2010.- 25 aprel.- S.
3.